Dividend.Az
Dividend.Az

Qiyməti 1300 manatdan başlayan avtomobillər – SATIŞA ÇIXARILIR- HƏRRAC, QİYMƏTLƏR

Tarix :
Qiyməti 1300 manatdan başlayan avtomobillər – SATIŞA ÇIXARILIR- HƏRRAC, QİYMƏTLƏR

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 30-da təşkil olunacaq hərraca avtomobillər çıxarılacaq. 
DİVİDEND.az xəbər verir ki, hərraca 19 ədəd avtomobil çıxarılacaq. Hərraca çıxarılan avtomobillərin buraxılış ili 1993 – 2018-ci illər aralığında dəyişir. Avtomobillərin start qiymətinə gəlincə, qiymət 1 300 – 21 300manatdır. 
İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. 
30 aprel 2024-cü il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı: 

S/NBalanssaxlayıcı müəssisənin adıƏlaqəli şəxsNəqliyyat vasitəsinin markasıDövlət nömrə nişanıBuraxılış iliStart qiyməti (manatla)10% beh (manatla)
1Binəqədi Rayon İcra Hakimiyyəti Yarəli Fərrux 0772280108HYUNDAI SONATA MİNİK99PK79220087500750
2Binəqədi Rayon İcra Hakimiyyəti Yarəli Fərrux 0772280108HYUNDAI EQUUS MİNİK10AS52020119000900
3Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə AgentliyiHacıyev Orxan 0702524272KHAZAR LD MINIK90PU16920185000500
4Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə AgentliyiHacıyev Orxan 0702524272TOYOTA CAMRY MİNİK90AZ92920109000900
5Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə AgentliyiHacıyev Orxan 0702524272HONDA ACCORD MİNİK10PB90520118000800
6Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə AgentliyiHacıyev Orxan 0702524272NISSAN SUNNY MİNİK 10AR67720085200520
7Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiQurbanov Tural 0514970191QAZ-31029 minik 05AA06219931300130
8Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil TəsərrüfatıNövbətçi hissə 0125511644HYUNDAI IX-35 MİNİK99PJ9212011213002130
TOYOTA COROLLA minik90AU9632009
FIAT DOBLO MINIK90PS3692016
FIAT DOBLO MİNİK99PE5832015
FIAT DOBLO MİNİK99PE5602016
BMW 328I MİNİK77PJ5542014
BMW 328I MİNİK90PX4222014
KIA SORENTO MİNİK99PE5922013
KIA SPORTAGE MİNİK90PT9772014
BMW 535I MİNİK99PL4522014
9Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına AkademiyasıAbdullayev Ramin 0777100909Lexus-ES-350 minik90AL55820089500950
10Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına AkademiyasıAbdullayev Ramin 0777100909QAZ 3307-12 Yük10JN05220047000700
 
Qeyd: 
● Nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır. 
● Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1758, 1709, 1706 və 1705)
 
● Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
 
Hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün qeydiyyatı saat 09:45-dək aparılır.