Dividend.Az
Dividend.Az

“Abşeron-M” MTK-nın dövlətə 2 milyon manata yaxın vergi borcu var

Tarix :
“Abşeron-M” MTK-nın dövlətə 2 milyon manata yaxın vergi borcu var

“Abşeron-M” Mənzil Tikinti Kooperativinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
DİVİDEND.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.
Məlumata əsasən, “Abşeron-M” MTK-nın vergi borcu 1 871 651.58 manatdır. Bu vergi borcu 26.03.2024-cü il tarixinə olan məlumatdır.
Qeyd edək ki, MTK 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Orxan İsgəndərzadədir. (Banker.az)