Dividend.Az
Dividend.Az

Vergi ödəməyənlərin əmlakı hərracda satılır - SİYAHI

Tarix :
Vergi ödəməyənlərin əmlakı hərracda satılır - SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 1-də təşkil olunacaq hərraca vergi ödəyicilərinin siyahıya alınmış əmlakları çıxarılacaq. 
DİVİDEND.az xəbər verir ki, hərraca 1 ədəd torpaq sahəsi, 2 ədəd avadanlıq və 2 ədəd qeyri-yaşayış sahəsi çıxarılacaq. Adı çəkilə əmlaklar 20% endirimlə ilkin satışa çıxarılacaq və start qiyməti 768 – 2 400 000manat aralığında dəyişir. 
Qeyd edək ki, hərraca çıxarıla torpağın sahəsi 0,24 ha, qeyri-yaşayış sahələrinin sahəsi isə 321 kv.m və 35800,5 kv.m təşkil edir. 
İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. 
01 aprel 2024-cü il tarixində saat 12:00-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının hərrac vasitəsilə satışı haqqında elan: 

ıra № siSiyahıya alınmış əmlak         Əmlakın kateqoriyasıƏmlak barədə məlumatlarVergi ödəyicisinin adı (VÖEN)                  Əlaqəli şəxsƏmlakın yerləşdiyi ünvanƏmlakın 20 % endirimlə ilkin satış qiyməti (manatla)Beh məbləği (Daşınar əmlak olduqda 10%) (Daşınmaz əmlak olduqda 5%) (manatla) 
1Torpaq sahəsiDaşınmaz əmlakKənd təsərrüfatı təyinatlı 0.24 ha torpaq sahəsiMədətov Xəlil İbrahim oğlu  (VÖEN:3900151232)Əliyev Səməd 050-615-24-67Beyləqan rayonu, 1-ci aşıqlı kəndi768.0038.40 
2Qeyri- yaşayış sahəsiDaşınmaz əmlakQeyri-yaşayış binası    35800,5 kv.m “Tufan-66“ MMC  (VÖEN: 4000276261)Aslanov İlqar 050-320-70-20Bərdə rayonu                 Güloglular kəndi2400000.00120000.00 
3Qeyri- yaşayış sahəsiDaşınmaz əmlak321 kv.m  Əmlak kompleksinin anbar binası  C Bloku"Gəncə Quraşdırma" ASC     (VÖEN: 2300276211)Mirzəyev Rauf  050-254-39-41Gəncə şəhəri, Kəpəz rayonu Həsrət Əliyev küçəsi 112400.00620.00 
4AvadanlıqDaşınar əmlakMiadray DC N3 Uzi aparatı"ŞƏFA OCAĞI TM" MMC  (VÖEN: 1301850651)Quliyev     Süleyman                      070-347-33-35Bakı şəhəri Binəqədi rayonu, Biləcəri Ştq, Asəf Zeynallı (Biləcəri qəs.) ev.41 C9600.00960.00 
  
5AvadanlıqDaşınmaz əmlakToxumsəpən"QOBUSTAN AQRO" MMC (VÖEN: 4800421351)İbrahimov Eldar 055-820-01-92Qobustan rayonu, Qobustan şəhəri, Bakı-Qazax yolunun yanı, ev 93km6400.00640.00  
 
Qeyd: Hərracdan əvvəl əlaqəli şəxslə əmlaka yerində baxış keçirilməsi məqsədəuyğundur.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri 27 mart 2024-cü il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:                                                                                                                                                                                                   
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.